Gürcüstan prezidentinin impiçmenti üzrə səsvermə bu ilin sonuna baş tutacaq

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstan prezidentinin impiçmenti üzrə səsvermə bu ilin sonuna baş tutacaq

Dünya

11 Oktyabr 2024 00:42 821


Gürcüstan parlamenti Prezident Salome Zurabişvilinin impiçmenti məsələsini cari ilin noyabrın sonu, və ya dekabrın əvvəlində səsverməyə çıxarmağı planlaşdırır.

Yenisabah.az Report-a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri İrakli Kobaxidze Gürcüstanın “İctimai Televiziyası”na müsahibəsində deyib.

Onun sözlərinə görə, hər şey yeni parlamentin ilk iclasının tarixindən asılıdır: “Biz parlamentdə 100-dən çox yer əldə etdikdən sonra, dekabrın əvvəlində və ya noyabrın sonunda, ilk iclasın nə vaxt təyin edilməsindən asılı olaraq, onun (Zurabişvili -Qeyd) impiçmenti baş tutacaq” Dördpendirli pizza

Qeyd edək ki, “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyası Salome Zurabişviliyə qarşı impiçment prosesinə ilk dəfə 2023-cü il sentyabrın 1-də başlayıb. Səbəb prezidentin hökumətin razılığı olmadan Gürcüstanın Avropa kursunu dəstəkləmək üçün Avropa turnesi həyata keçirməsi olub.

2023-cü il oktyabrın 16-da Konstitusiya Məhkəməsi Prezidentin Konstitusiyanı pozduğunu təsdiqləyib. Bunun ardınca proses parlamentə keçib. Hakim partiyaya impiçmenti həyata keçirmək üçün 100 səs lazım idi, lakin impiçment uğursuz olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!