Gürcüstan sərhədinin bağlanması haqda – Son açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstan sərhədinin bağlanması haqda – Son açıqlama

Rəsmi

27 Fevral 2020 07:46 2142


"Gürcüstanın Azərbaycanla sərhədləri bağlaması xəbəri doğru deyil". "Yeni Sabah" xəbər verir ki, bu barədə APA –ya Gürcüstan Baş Nazirinin Administrasiyasından açıqlama verilib. Bildirilib ki, bu barədə yayılan xəbərlər həqiqəti əks etdirmir. "Gürcüstanın koronavirus təhlükəsi səbəbi ilə Azərbaycanla sərhədlərini bağlaması ilə bağlı xəbərlər doğru deyil, məhdudiyyət sadəcə İranla gediş-gəlişlərə tətbiq edilib", - deyə açıqlamada bildirilib. Azərbaycanın Gürcüstandakı səfirliyi də Azərbaycan-Gürcüstan sərhədlərinin bağlanması ilə bağlı yayılan xəbərləri təkzib edib.
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!