Gürcüstanda azərbaycanlı biznesmenin evinə qumbara atıldı

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstanda azərbaycanlı biznesmenin evinə qumbara atıldı

Kriminal

23 Fevral 2022 13:51 545


Gürcüstanın Laqodexi bələdiyyəsinin Qabal kəndində Camal Niyazovun evinin həyətinə əl qumbarası atılıb.

“Report”un yerli bürosu xəbər verir ki, C.Niyazov həyat yoldaşı ilə birgə evdə olsa da, xəsarət almayıblar.

Hadisə nəticəsində evin divar və pəncərələri zədələnib. Hazırda şahidlər dindirilir, hadisə yerində istintaq tədbirləri həyata keçirilir. Dördpendirli pizza

C.Niyazov iş adamıdır. O, Qabal kəndinin keçmiş səlahiyyətlisidir.

Yerli mətbuatın yaydığı mlumata əsasən, C.Niyazovun oğlu Amil Niyazov 2021-ci ilin oktyabrında Qabalda analoji insidentdən sonra axtarışa verilib. O, Laqodexi bələdiyyəsinin üzvü olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!