Gürcüstanda azərbaycanlını qətlə yetirən şəxs saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstanda azərbaycanlını qətlə yetirən şəxs saxlanıldı

Kriminal

03 Dekabr 2021 21:22 1040


Kobuletidə Bolnisi rayonunun Curtavi (Kolayır) kənd sakini Yaşa İsmayılovu bıçaqlayaraq qətlə yetirən şəxs saxlanılıb.

Yenisabah.az 24News.ge-yə istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına əsasən, saxlanılan cinayətkar əvvəllər də məhkum olunmuş 1999-cu il təvəllüdlü şəxsdir. pizza

İstintaqla müəyyən olunub ki, təqsirləndirilən şəxs Kobuleti şəhərində mübahisə zəminində tanışı 1990-cı il təvəllüdlü Yaşa İsmayılovu döş qəfəsindən bıçaqlayaraq hadisə yerindən qaçıb.

Məlumata əsasən, yaralı xəstəxanaya aparıldıqdan az sonra dünyasını dəyişib.

Faktla bağlı qəsdən adam öldürməni nəzərdə tutan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə istintaq başladılıb.

Qətli törədən şəxsi 7 ildən 15 ilə qədər həbs cəzası gözləyir. /Qafqazinfo.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!