Gürcüstanda dollar 2,95 larini ötdü

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstanda dollar 2,95 larini ötdü

İqtisadiyyat

30 İyul 2019 15:50 1090


Gürcüstan milli valyutasının ABŞ dollarına qarşı ucuzlaşması davam edir.

"Yeni Sabah" “Report”a istinadən xəbər verir ki, Gürcüstan Milli Bankının iyulun 31-nə müəyyən etdiyi məzənnəyə əsasən, 1 ABŞ dolları 2,9507 təşkil edir.

Bugünkü məzənnə ilə müqayisədə dolların dəyəri 0,0161 lari artıb. Dördpendirli pizza

Avronun da qiymətində artım qeydə alınıb. Belə ki, yeni məzənnəyə əsasən, 1 avronun dəyəri 0,0247 lari artaraq 3,2889 lari təşkil edib.

İngilis funt sterlinqinin dəyəri isə 0,0209 lari ucuzlaşaraq 3,5957 lariyə bərabər olub.

Gürcüstan Milli Bankı milli valyutanın ucuzlaşmasını ölkəyə səfər edən turistlərin sayının azalması ilə əlaqələndirir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!