Gürcüstanda ərzağın qiymətində kəskin bahalaşma

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstanda ərzağın qiymətində kəskin bahalaşma

Rəsmi

21 Noyabr 2019 04:40 949


Gürcüstan Milli Bankı monetar siyasəti yenidən sərtləşdirə bilər.

“Yeni Sabah” Azərtac-a istinadən xəbər verir ki, bu sözləri Gürcüstan Milli Bankının rəhbəri Koba Qvenetadze parlamentin maliyyə-büdcə komitəsinin iclasında söyləyib.

O deyib ki, əgər inflyasiya davam etsə, Milli Bank monetar siyasətini sərtləşdirəcək. pizza mizza

Bildirilib ki, ölkədə inflyasiya ilin əvvəlində proqnozlaşdırılan 3 faizə qarşı 6,9 faiz olub. Ərzaq məhsullarının qiyməti 13,5 faiz bahalaşıb.

Ekspertlərin rəyinə görə, qiymət artımı əsasən ölkədə milli valyuta GEL-in dəyərini itirməsi ilə əlaqədardır.

Cari ilin 6 ayında GEL ABŞ dolları ilə müqayisədə 10 faiz ucuzlaşıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!