Gürcüstanda rus dilində mahnı sifariş edildi -   Dava düşdü

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstanda rus dilində mahnı sifariş edildi - Dava düşdü

Hadisə

14 Yanvar 2020 16:45 1097


Gürcüstanın qərbində yerləşən Zuqdidi şəhərində kütləvi dava olub.

"Yeni Sabah" xəbər verir ki, bu barədə ölkənin "Rustavi-2" kanalı məlumat yayıb. Hadisə yanvarın 8-i yerli otellərdən birində baş verib. Məlumata görə, davaya səbəb qonaqların rus dilində mahnı tələbi olub. Digər ziyarətçilərin buna qarşı çıxması qarşıdurmanın böyüməsinə gətirib çıxarıb. Mübahisədə qonaqlarla yanaşı, musiqiçilərin və müəssisənin təhlükəsizlik işçilərinin də iştirak etdiyi deyilir. Lakin otel sözügedən məlumatı təsdiqləməyib.

Davadan sonra 2 nəfər saxlanılıb. Onlardan biri 1000, digəri isə 300 lari məbləğində cərimə olunub.  /Qaynarinfo Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!