Gürcüstanda Şovi qəsəbəsində baş verən təbii fəlakət nəticəsində ölənlərdən daha birinin cəsədi tapılıb, qurbanların sayı 19-a çatıb.
Yenisabah.az Gürcüstan Fövqəladə Hallar İdarəsinə istinadla xəbər verir ki, xilasedicilər daha 16 nəfərin axtarışlarını davam etdirirlər.
Daxili İşlər Nazirliyi axtarışların nə qədər davam edəcəyi barəsində ətraflı məlumat verməyib. Pepperoni pizza
Xatırladaq ki, avqustun 3-də Şovi şəhərində baş verən sürüşmə nəticəsində 19 nəfər həlak olub. Ayın 7-dən ölkədə 3 günlük matəm elan olunub.
Telegram kanalımız