Gürcüstanda yaşayan əcnəbilər Azərbaycan xalçaları toxumağı öyrəniblər

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstanda yaşayan əcnəbilər Azərbaycan xalçaları toxumağı öyrəniblər

Mədəniyyət

16 Dekabr 2023 23:34 3060


Gürcüstanda yaşayan əcnəbilər Azərbaycan xalçaları toxumağı öyrəniblər.

Bu barədə "Report"un yerli bürosuna Gürcüstanın paytaxtı Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyət Muzeyinin direktor müavini Leyla Əliyeva bildirib.

O, qeyd edib ki, Mədəniyyət Muzeyində əl ilə toxunan milli xalçalarımızın yekunu ilə bağlı sərgi təşkil edilib. Layihə Gürcüstanın Mədəniyyət Nazirliyinin dəstəyi ilə ərsəyə gəlib. Pepperoni pizza

L.Əliyevanın sözlərinə görə, bir aylıq müddətdə Gürcüstanda yaşayan əcnəbilər Azərbaycan xalçaları toxumağı öyrəniblər: "Xüsusilə Qarabağ və Borçalı xalçalarımızın ornamentləri toxunub. Onların da əl işləri bu gün Azərbaycan Mədəniyyət Muzeyində sərgilənib. Muzeydə milli mədəniyyətimiz, musiqimiz yüksək səviyyədə təbliğ edilir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!