Gürcüstandan 7 mindən çox siqaret keçirmək istədi

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstandan 7 mindən çox siqaret keçirmək istədi

Kriminal

24 May 2019 13:09 1008


Qərb Ərazi Baş Gömrük İdarəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "VAZ 21011" markalı avtomobil saxlanılıb və sürücüsü şifahi sorğu-sual edilib.

Dövlət Gömrük Komitəsindən “Yeni Sabah”a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib.

Lakin yoxlama zamanı nəqliyyat vasitəsinin arxa oturacağının iç hissəsində gizlədilmiş 7680 ədəd "King" markalı siqaret aşkar edilib. Dördpendirli pizza

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!