Gürcüstandan külli miqdarda siqaret keçirmək istədilər

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstandan külli miqdarda siqaret keçirmək istədilər

Kriminal

16 May 2019 09:57 1125


Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ-2108-01" markalı avtomobil saxlanılıb və sürücüsü şifahi sorğu-sual edilib.

"Yeni Sabah" xəbər verir ki, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirsə də, gömrük baxışı zamanı avtomobilin arxa oturacağının içərisində əvvəlcədən gömrük orqanına bəyan edilməyən 8600 ədəd "King" markalı siqaret, 2 ədəd üzərində "Redmi 7" və 1 ədəd üzərində "Samsung A50" yazılan telefon qutuları aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!