Gürcüstanın Konstitusiya Məhkəməsi parlament seçkisi ilə bağlı qərar verdi

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstanın Konstitusiya Məhkəməsi parlament seçkisi ilə bağlı qərar verdi

Dünya

03 Dekabr 2024 18:58 848


Gürcüstanın Konstitusiya Məhkəməsi prezident və müxalifətçilərin oktyabrın 26-da keçirilmiş parlament seçkisinin nəticələrinin ləğvi ilə bağlı iddialarını baxılmaq üçün qəbul etməyib.

Oxu.Az-ın "Sputnik Gürcüstan" "Telegram" kanalına istinadən xəbərinə görə, bu barədə Konstitusiya Məhkəməsinin saytında məlumat verilib.

Məlumata görə, bu, yekun qərardır, ondan apellyasiya şikayəti verilə və ya yenidən nəzərdən keçirilə bilməz. pizza hut

Qeyd edək ki, Gürcüstan Prezidenti Salome Zurabişivli və müxalifət Konstitusiya Məhkəməsindən parlament seçkilərinin konstitusiyaya zidd olduğunu qəbul etməyi tələb edirdilər. İddianın müəllifləri səsvermənin gizliliyinə və ümumi seçki hüququ prinsipinin pozulmasına etiraz ediblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!