Gürcüstanla Ermənistan arasında hərbi əməkdaşlıq müzakirəsi

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstanla Ermənistan arasında hərbi əməkdaşlıq müzakirəsi

Rəsmi

19 Fevral 2020 19:44 1232


Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Artak Davtyan Gürcüstana ikigünlük rəsmi səfər edib. "Yeni Sabah" xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb. A.Davtyan Gürcüstanın Müdafiə Qüvvələrinin Baş qərargah rəhbəri, general-mayor Vladimir Çaçibaya ilə ikitərəfli görüş keçirib. Tərəflər iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın dərinləşdirilməsi məsələsini müzakirə ediblər. Görüşdə həmçinin hərbi təhsil və hərbi tibb sahələrində əməkdaşlıq mövzusuna da diqqət ayrılıb. Ermənistan nümayəndə heyəti səfər çərçivəsində NATO-Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzinə (JTEC) də baş çəkəcək. /Report
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!