Gürücstandakı torpaq sürüşməsində azərbaycanlı həlak oldu

saytların hazırlanması

Evə çatdırılma

Gürücstandakı torpaq sürüşməsində azərbaycanlı həlak oldu

Hadisə

07 Avqust 2023 09:39 1422


Şimal-qərbi Gürcüstanın yüksək dağlıq kurort şəhəri olan Şovidə baş vermiş torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 18-ə çatıb.

Yenisabah.az “Sputnik Georgia”ya istinadla xəbər verir ki, ölənlər arasında 18 yaşlı azərbaycanlı Samirə İsayeva da var.

Faciə ilə əlaqədar bu gün Gürcüstanda matəm elan edilib. Marqarita pizza

Xatırladaq ki, Şovi kurort şəhəri Gürcüstanın şimal-qərbində Raça-Lexum və Kvemo Svaneti mxaresində (vilayət) yerləşir. Şəhəri 2 yerə bölən Buba çayının daşması nəticəsində isə bölgədə torpaq sürüşməsi baş verib.

Gürcüstan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, axtarışlar davam etməkdədir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!