Haaland “Borussiya“nın bütün işçilərinə bahalı saat aldı

saytların hazırlanması

Evə çatdırılma

Haaland “Borussiya“nın bütün işçilərinə bahalı saat aldı

İdman

21 May 2022 15:39 1170


Bir neçə gün öncə "Borussiya"dan (Dortmund) "Mançester Siti"yə keçən Erlinq Haaland sabiq klubunun bütün işçilərinə bahalı hədiyyələr alıb.

Yenisabah.az xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb. 21 yaşlı norveçli forvard bütün heyətə və məşqçilərinə 13-15 min avro dəyərində olan "Rolex" qol saatları hədiyyə edib. Hücumçu saatları iki ədəd limuzinlə Almaniyaya gətirib. 

Bütün saatlar üç fotoşəkillə bəzədilmiş xüsusi qutuda təqdim edilib. Toyuqlu pizza

Bundan əlavə, hədiyyələr "Borussiya"nın 20-dən çox əməkdaşına - fizioterapevtlər, aşpazlar və məsləhətçilərə də çatıb. Haaland onlara 7000-9500 avro dəyərində "Omega" saatı alıb. Ümumilikdə, Erlinq hədiyyələr üçün təxminən 600 min avro xərcləyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!