Haaland tarixə düşdü:   3 oyunda 9 qol

saytların hazırlanması

Evə çatdırılma

Haaland tarixə düşdü: 3 oyunda 9 qol

İdman

03 Oktyabr 2022 11:35 997


"Mançester Siti"nin futbolçusu Erlinq Haaland Premyer Liqa tarixində yeni rekorda imza atıb.

Yenisabah.az xəbər verir ki, 22 yaşlı forvard buna ötən gecə evdə "Mançester Yunayted"lə görüşdə (6:3) 3 qol vurmaqla nail olub. Haaland nəticədə ardıcıl 3 ev oyununda het-trik edib. O, daha əvvəl "Nottinqem Forest" və "Kristal Pelas"la matçlarda 3 dəfə qapını dəqiq nişan alıb. Bununla da Haaland Premyer Liqanın ardıcıl 3 ev oyununda het-trik edən ilk futbolçu olub.

Qeyd edək ki, Haaland bu ilin yayından "Mançester Siti"də oynayır.  Marqarita pizza

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!