Haalandı söydülər, atası azarkeşlərlə dalaşdı

saytların hazırlanması

Evə çatdırılma

Haalandı söydülər, atası azarkeşlərlə dalaşdı

İdman

10 May 2023 14:54 811


Ötən gün, mayın 9-da Çempionlar Liqasının yarımfinalında İspaniya təmsilçisi “Real Madrid” “Santiago Bernabeu” stadionunda İngiltərənin “Manchester City” komandası ilə qarşılaşıb. 

Yenisabah.az MARCA-ya istinadla xəbər verir ki, qarşılaşmanın ilk oyununda komandalar hərəyə bir qol vuraraq qalibi müəyyən etməyib. 

Nəşr yazır ki, oyunu “şəhərlilər”in norveçli ulduzu Erlinq Haalandın atası Elfi Haaland da izləyib.  pizza sifarişi

Qəzetin məlumatına görə, futbolçunun atası ilə ispan azarkeşlər arasında insident yaşanıb, nəticədə o, azarkeşləri əşyalarla vurmağa başlayanda tribunadan uzaqlaşdırılıb. Elfi Haaland azarkeşlərin təhqirlərini eşidəndən sonra belə bir addım atdığını söyləyib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!