Azərbaycanın Xalq artisti Hacı İsmayılov mərhum Ramiz Məlikə zəng vura bilmədiyini söyləyib.
Yenisabah.az Report-a istinadla xəbər verir ki, o, vida mərasimində jurnalistlərə açıqlamasında Xalq artisti Ramiz Məliklə tələbə yoldaşı olduğunu bildirib:
"Amma teatrda, kinoda çalışmaq başqa bir şeydir. Neçə gün idi fikrimdən Ramiz Məlikə zəng vurub səhhətini soruşmaq keçirdi. Ancaq bu gün, sabah deyə-deyə qaldı. Baxın bu da son". pizza sifarişi
H.İsmayılov vurğulayıb ki. Ramiz Məlik Azərbaycan mədəniyyətinin, kinosu və teatrının ən görkəmli nümayəndələrindən idi: "Ona görə də belə bir görkəmli sənətkarı itirmək, əlbəttə, mədəniyyətimiz, teatrımız, kinomuz və televiziyamız üçün çox ağır itkidir".
Telegram kanalımız