Hacıqabulda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 11 nəfər saxlanılıb.
Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, əməliyyatlar zamanı rayon ərazisində bir şəxsə qarşı oğurluq əməlini törədərək, zərərçəkənə 420 dollar maddi ziyan vuran bir qadın da saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunub.
Faktların hər biri ilə bağlı Hacıqabul Rayon Polis Şöbəsində cinayət işi açılıb, saxlanılan 12 nəfər barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. pizza
Telegram kanalımız