Hacıqabulda avtomobillə vurulan qadın öldü

saytların hazırlanması

Evə çatdırılma

Hacıqabulda avtomobillə vurulan qadın öldü

Hadisə

21 İyul 2021 00:30 842


Hacıqabul rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenisabah.az xəbər verir ki, hadisə rayon ərazisində yerləşən restoranların birinin qarşısında qeydə alınıb.

Haciqabul rayon sakini, 1967-ci il təvəllüdlü İsifova Sevda Ramazan qızı yolu keçmək istəyən zaman avtomobil onu vurub. Marqarita pizza

Qəza nəticəsində kəllə-beyin travması alan qadın Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, həkimlərin səyinə baxmayaraq S. İsifovanın həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada dünyasnı dəyişib.

Faktla bağlı araşdırma aparılır./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!