Hadrut qəsəbəsinin işğaldan azad edilməsinin ildönümüdür

saytların hazırlanması

Evə çatdırılma

Hadrut qəsəbəsinin işğaldan azad edilməsinin ildönümüdür

Hadisə

09 Oktyabr 2021 00:12 998


Xocavənd rayonunun Hadrut qəsəbəsinin işğaldan azad edilməsindən 1 il ötür.

Yenisabah.az xəbər verir ki, Azərbaycan Ordusunun sentyabrın 27-də başladığı əks-hücum əməliyyatları nəticəsində Hadrut qəsəbəsi oktyabrın 9-da erməni işğalçılarından azad edilib.

Hadrut qəsəbəsinin və daha 8 yaşayış məntəqəsinin işğaldan azad edildiyini Azərbaycan Prezidenti, Ali Baş Komandan 2020-ci il oktyabrın 9-da xalqa müraciətində elan edib. Sezar pizza

Dövlət başçısı aparılan uğurlu əməliyyatla Cəbrayıl rayonunun Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı, Füzuli rayonunun Yuxarı Güzlək, Gorazıllı, Tərtər rayonunun Çaylı, Xocavənd rayonunun Sor kəndlərinin və Hadrut qəsəbəsinin işğaldan azad edildiyini bildirib.

Hadrutun azad edilməsi 44 günlük müharibənin əsas dönüş nöqtələrindən hesab olunur.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!