Hadrutda itkin düşmüş hərbçimizin nəşi tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Hadrutda itkin düşmüş hərbçimizin nəşi tapıldı

Hadisə

14 Oktyabr 2021 00:43 1078


Ötən gün işğaldan azad edilən Xocavənd rayonunun Hadrut qəsəbəsində Vətən müharibəsində itkin düşmüş bir azərbaycanlı hərbi qulluqçunun nəşi aşkarlanıb.

Yenisabah.az xəbər verir ki, bunu Azərbaycanlı Əsir və Girovlara bağlı Məlumat Mərkəzinin koordinatoru Əhməd Şahidov deyib.

O bildirib ki, Rusiya sülhməramlıları, Beynəlxalq Qırmızı Xaç Komitəsi, Azərbaycan və Ermənistan tərəfinin nümayəndələrinin iştirakı ilə keçirilən axtarış tədbirləri nəticəsində azərbaycanlı hərbi qulluqçunun meyiti ilə yanaşı, 2 erməni hərbçisinin də cəsədi aşkarlanıb. Erməni hərbçilərin cəsədi qarşı tərəfə təhvil verilib. Toyuqlu pizza

Xatırladaq ki, Vətən müharibəsi nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 7 hərbçisi itkin düşmüş hesab olunurdu. Hazırda itkin qalan 6 hərbi qulluqçumuzun axtarışları davam etdirilir./Trend


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!