Hafiz Hacıyevin ayaqqablarını yamayan pinəçi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Hafiz Hacıyevin ayaqqablarını yamayan pinəçi - Foto

Sosial

17 Mart 2019 22:46 1164


Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin canlı yayımda ayaqqabısını çıxarandan sonra Nərimanov rayonunda hərbçilərin qaldığı binanın sol tərəfindəki pinəçinin tez-tez yamadığını bildirmişdi. 

“Yeni Sabah” xəbər verir ki, axar.az saytının əməkdaşları Hafiz Hacıyevin dediyi ünvanda fəaliyyət göstərən pinəçi Həmzə Kazımova baş çəkib. Pinəçi Hafiz Hacıyevin onun yanına heç vaxt gəlmədiyini bildirib:

“Mən onu görməmişəm, heç vaxt bura gəlməyib. Ola bilsin ki, özü gəlməyib, ayaqqabısını kimdənsə göndərib. Amma bura gəlmədiyindən əminəm. Həm də o özü yəqin ki, düşüb pinəçiyə ayaqqabısını verməz, kimdənsə göndərər”. Pepperoni pizza

Pinəçinin sözlərinə görə, bəzən kimlərsə öz müdirlərinin ayaqqabılarını bura gətirir: “Ayaqqabıya baxanda görürsən ki, imkanlı insanın ayaqqabısıdır. Amma bura gələn kasıb camaat olur. Biz əsasən kasıblara xidmət edirik”.

H. Kazımova onu da qeyd edib ki, sözügedən ərazidə başqa pinəçi yoxdur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!