Haitidə dəhşətli zəlzəzlə baş verib. Hadisə nəticəsində 1419 nəfər ölüb, 7 min nəfər isə yaralanıb.
Yenisabah.az xəbər verir ki, bu barədə ölkənin Mülki müdafiə idarəsi məlumat yayıb.
Bildirilib ki, ölkənin cənubda 1133, “Grand Anse”də 162, Nippdə 122 və Şimal-Qərbdə 2 nəfər həyatını itirib. Zəlzələ nəticəsində 37 mindən çox bina tamamilə və ya qismən dağılıb. pizza hut
Hazırda xilasedicilər dağıntılar altında qalan insanları axtarmağa davam edir.
Xatırladaq ki, avqustun 14-də Haitidə 7,2 bal gücündə zəlzələ baş verib.
Telegram kanalımız