Hakan Fidan: “3+3” formatında görüş İstanbulda keçiriləcək

saytların hazırlanması

Evə çatdırılma

Hakan Fidan: “3+3” formatında görüş İstanbulda keçiriləcək

Dünya

15 Oktyabr 2024 15:43 699


Oktyabrın 18-də İstanbulda Azərbaycan, Ermənistan, Rusiya Federasiyası və İranın xarici işlər nazirlərinin iştirakı ilə “3+3” formatında xarici işlər nazirlərinin üçüncü görüşü keçiriləcək.

Yenisabah.az “TRT Haber”ə istinadla xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

O bildirib: “Türkiyə bütün regional məsələlərin bilavasitə region ölkələri tərəfindən həll edilməsi mövqeyindən çıxış edir. Biz regional əməkdaşlıq platforması vasitəsilə Cənubi Qafqaz ölkələri ilə məsləhətləşmələri davam etdiririk. “3+3” formatında nazirlərin üçüncü görüşü oktyabrın 18-də İstanbulda keçiriləcək. Görüşdə Azərbaycan, Ermənistan, İran və Rusiyanın xarici işlər nazirləri iştirak edəcəklər”. Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!