Hakerlər oğurladıqları yüzmilyonlarla vəsaitin yarısını geri qaytarıblar

saytların hazırlanması

Evə çatdırılma

Hakerlər oğurladıqları yüzmilyonlarla vəsaitin yarısını geri qaytarıblar

Dünya

12 Avqust 2021 07:05 1173


Hakerlər “Poly Network” şəbəkəsi istifadəçilərindən oğurladıqları 600 milyon dollarlıq vəsaitin yarıya yaxın hissəsini geri qaytarıblar.

Bu barədə CNBC məlumat yayıb. Şəbəkədən bildirilib ki, artıq 258 milyon dollarlıq kriptovalyuta hesabı bərpa edilib.

Qeyd edək ki, ötən gün “Poly Network” şəbəkəsi haker hücumuna məruz qalıb. Marqarita pizza

Kibercinayətkarlar tərəfindən istifadəçilərin əsasən bitkoin, eterium və poliqon tokenlərində olan hesabları ələ keçirilib.

Şəbəkə rəhbərliyi hakerləri oğurladıqları vəsaitləri geri qaytarmağa çağırıb. /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!