“Chelsea” və Mərakeş millisinin yarımmüdafiəçisi Hakim Ziyeş millidə xüsusi şərtlər altında çıxış edir.
Yenisabah.az xəbər verir ki, bu barədə insayder Xaled Beydun sosial şəbəkəsində məlumat yayıb.
Onun sözlərinə görə, futbolçu millidə oynadığı üçün qazandığı heç bir dolları götürməyib. O, əldə etdiyi gəliri öz komandasının əməkdaşlarına və öz ölkəsindəki yoxsul ailələrə bağışlayır. Hakim Hollandiyada anadan olub və 2015-ci ildən milli komandanın rənglərini qoruyur. pizza mizza
2018-ci ildə Ziyeş Rusiyada keçirilən Dünya Çempionatında iştirak edib. Turnirdə İran, Portuqaliya və İspaniya ilə görüşlər keçirib. Qətərdə keçirilən Dünya Çempionatında isə o, Kanada ilə qrup mərhələsinin son oyununda (2:1) qol vurub.
Dekabrın 10-da Mərakeş yığması DÇ-2022-nin 1/4 final mərhələsində Portuqaliya ilə mübarizə aparacaq.
Telegram kanalımız