“Hakimiyyəti qəsb etmisən” - Makrona   “soyuq duş”

saytların hazırlanması

Evə çatdırılma

“Hakimiyyəti qəsb etmisən” - Makrona “soyuq duş”

Dünya

18 İyul 2021 17:01 1413


Etirazçılar Fransa Prezidenti Emmanuel Makronu vəzifə səlahiyyətlərindən sui-istifadədə (korrupsiya), dövlət çevrilişi və hakimiyyəti qəsbetmədə ittiham ediblər.

Yenisabah.az xəbər verir ki, bu barədə “Le Monde” qəzeti Fransa Daxili İşlər Nazirliyinə istinadən məlumat verib.

Paytaxt Parisdə keçirilən etiraz aksiyalarına 114 min nəfər qatılıb. Eyni vaxtda Parisin fərqli istiqamətlərində üç aksiya keçirilib. Polisin verdiyi məlumata görə, nümayişlərdə ən az 18 min nəfər iştirak edib. pizza hut

Marseldəki mitinqlərə təxminən 4 min, Nitsadakına 1.6 min nəfər qatılıb. Yerli hakimiyyət orqanlarının mitinqlərə qadağa qoyduğu Fransanın cənub-qərbindəki Gironda keçirilən mitinqdə təxminən 1.2 min nəfər iştirak edib. Etirazçılar tramvay və nəqliyyat vasitələrinin hərəkətini əngəlləyiblər./Teleqraf


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!