“Zirə”nin baş məşqçisi Samir Abasov “Keşlə” ilə oyun və toplanışın ilk hissəsi haqda danışıb.
“Yeni Sabah” xəbər verir ki, çalışdırıcı 2:2 hesablı heç-heçənin qeydə alındığı oyunun sərt keçdiyini bildirib:
“Bugünkü oyun bir az sərt keçdi. Bu da başadüşüləndi. Çünki hamı özünü göstərmək istəyir. “Keşlə”yə də uğurlar arzulayıram. Hazırlığın geridə qalan müddəti haqda onu deyə bilərəm ki, hər şey gözlədiyimdən də yaxşı keçdi. Futbolçular komandaya qoşulanda elə vəziyyətdə idi ki, sanki çempionat yenicə başa çatıb. Bu da futbolçuların peşəkarlığından irəli gəlir. Bu, həddən artıq sevindiricidi. Yeganə üzücü məqam Tellur Mütəllimov və Cavid Hüseynovun zədələnməsi oldu. Amma ümid edirik ki, tez müddətdə sağalıb, komandaya qoşulacaqlar. Azərbaycanda sonuncu oyunumuz idi. Ayın 20-də Türkiyədə toplanışımızın ikinci hissəsi başlayacaq. Orada da 4 yoxlama oyununa çıxacağıq”. Dominos pizza
Telegram kanalımız