“Hamilə arvadımı və qızımı qara qüvvələr öldürüb”   - Qatil

saytların hazırlanması

Evə çatdırılma

“Hamilə arvadımı və qızımı qara qüvvələr öldürüb” - Qatil

Kriminal

04 Oktyabr 2022 18:00 1179


Gəncə Ağır Cinayətlər Məhkəməsində hamilə arvadını və azyaşlı qızını bıçaqlayaraq öldürən 1988-ci il təvəllüdlü Elməddin Həsənov həbs olunub. 

“Yeni Sabah” xəbər verir ki, hadisə bu ilin fevralında Şəmkir rayonunda baş verib. Araşdırmalar zamanı məlum olub ki, Elməddin Həsənov 12 fevral günü çarpayısının altında mətbəx bıçağı gizlədib və növbəti gün erkən saatda oyanaraq həmin bıçaqla yatılı vəziyyətdə olan həyat yoldaşı Laləyə zərbələr vurmağa başlayıb. O, ümumilikdə Lalə Həsənovaya 33 dəfə bıçaq xəsarəti yetirib. Daha sonra o, həmin çarpayıda yatan 2014-cü il təvəllüdlü qızının qəfil oyanmasından hiddətlənərək azyaşlıya da bıçaq zərbələri endirib və ümumilikdə qızına bıçaqla 21 ədəd zərbə vurub.

Təqsirləndirilən şəxs qismində dindirilən Elməddin Həsənov ifadəsində deyib ki, ailəsi ilə münasibətləri normal olub: "Qızımı və yoldaşımı necə öldürdüyümü, onlara necə xəsarət yetirdiyimi xatırlamıram. Hadisə baş verəndə özümdə olmamışam. Mən arvadımı və qızımı öldürməmişəm. Onları “şeytan”, “qara qüvvələr” öldürüb. İnsanın öz hamilə həyat yoldaşını və balaca qızını necə öldürə biləcəyini anlamıram.” Pepperoni pizza

Elməddin Həsənov məhkəmənin qərarı ilə Cinayət Məcəlləsinin 120.2.4-cü(qəsdən adam öldürmə - xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla) 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 120.2.8-ci (hamilə vəziyyətdə olan qadını öldürmə) və 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə təqsirli bilinərək 20 il müddətinə azadlıqdan məhrum edilib.

Nəzrin Cavadzadə 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!