“Haqlı mübarizəsində Azərbaycanın yanındayıq” -   Hulusi Akar

saytların hazırlanması

Evə çatdırılma

“Haqlı mübarizəsində Azərbaycanın yanındayıq” - Hulusi Akar

Siyasət

24 Oktyabr 2020 09:23 727


Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akar NATO Müdafiə nazirlərinin onlayn formatda keçirilən iclasında iştirak edib.

Yenisabah.az xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.

İclasda Azərbaycan və Ermənistan arasında baş verən hadisələr də müzakirə edilib. pizza mizza

“Sülh və sabitliyin təmin olunması üçün nələrin edilməli olduğuna dair fikirlərimizi ifadə etmək fürsəti tapdıq. Bizim söylədiyimiz əsas mövzu – Cənubi Qafqazda sülh və sabitliyin təmin olunmasının əsas şərtinin Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çıxması və bu ərazini dərhal tərk etməsidir. Bu məqamı da danışıqlar zamanı dilə gətirdik”, - deyə H.Akar mediaya açıqlamasında bildirib.

Türkiyənin Milli Müdafiə naziri həmçinin iclas zamanı ölkəsinin Azərbaycan türkləri ilə bərabər olduğunu, haqlı mübarizəsində Azərbaycanın yanında dayandıqlarını dəfələrlə təkrarladığını qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!