Hava ilə bağlı XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

Hava ilə bağlı XƏBƏRDARLIQ

Sosial

24 Mart 2026 16:18 1315


Azərbaycanın rayonlarının bəzi yerlərində martın 25-dən 30-u səhərədək hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Yağıntıların ayrı-ayrı yerlərdə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Sezar pizza

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!