Hava ilə bağlı xəbərdarlıq – Külək olacaq

saytların hazırlanması

Evə çatdırılma

Hava ilə bağlı xəbərdarlıq – Külək olacaq

Sosial

10 Mart 2019 16:29 1073


Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən “Yeni Sabah”a daxil olan xəbərə görə, səhər bəzi yerlərdə zəif duman, mülayim cənub-qərb küləyi, günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu  gecə 5-7° isti, gündüz 11-16° isti, Bakıda gecə 5-7° isti, gündüz  13-15°  isti təşkil edəcək. Dominos pizza

Atmosfer  təzyiqi  758 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 55-65 % olacaq. 

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz, gecə və səhər ayrı-ayrı yerlərdə duman, qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.  Havanın temperaturu gecə 1-6° isti, gündüz  15-20° isti,  dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz  6-11° isti təşkil edəcək. 

Nazirlik güclü küləyin olacağı haqda xəbərdarlıq da yayıb. Xəbərə görə, martın 11-də gündüz Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi gözləniliir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!