Hava limanına raket hücumu - Əfqanıstan

saytların hazırlanması

Evə çatdırılma

Hava limanına raket hücumu - Əfqanıstan

Dünya

30 Avqust 2021 18:05 1519


Əfqanıstanda təxliyə prosesinin davam etdiyi Kabil hava limanına bu səhər raket hücumu təşkil edilib.

Yenisabah.az xəbər verir ki, ən azı 5 raketin atıldığı və atılan bütün raketlər hava hücumundan müdafiə sistemi tərəfindən zərərsizləşdirildiyi bildirilib.

Havada partlayan raketlərin hissələri Kabilin Səlim Kərvan məhəlləsinə düşüb. Sezar pizza

İlkin məlumata görə, ölən və yaralanan olmayıb. İŞİD hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Ağ Evdən verilən açıqlamaya görə, məsələ ilə bağlı dərhal ABŞ Prezidenti Co Baydenə məlumat verilib.

Bu hadisənin evakuasiya əməliyyatlarına təsir etmədiyi qeyd olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!