Hava limanında saxlanılan narkotacir Rusiyaya təhvil verildi 

saytların hazırlanması

Evə çatdırılma

Hava limanında saxlanılan narkotacir Rusiyaya təhvil verildi 

Rəsmi

07 Mart 2024 15:46 3184


Rusiya Federasiyasının axtarışı ilə həbs edilən şəxs həmin ölkəyə ekstradisiya edilib. 

Bu barədə Yenisabah.az-a Azərbaycan Baş Prokurorluğundan bildirilib. 

Qeyd edilib ki, Rusiya Federasiyası Cinayət Məcəlləsinin mütəşəkkil dəstə tərəfindən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə külli miqdarda narkotik vasitələri satmağa cəhd maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirləndirilərək, dövlətlərarası axtarışa elan edilmiş 1995-ci il təvəllüdlü həmin ölkənin vətəndaşı Kuntseviç Aleksey Oleqoviçin cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair Rusiya Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.  pizza mizza

Belə ki, o, ötən il noyabrın 15-də ölkəmizə gələn zaman Heydər Əliyev adına Beynəlxalq Hava Limanında sərhəd nəzarətindən keçərkən saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib. 

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilib. 

Aleksey Kuntseviç Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə sorğu edən dövlətin səlahiyyətli orqanlarına təhvil verilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!