Yağış, şimşək, duman -   SABAHIN HAVASI

saytların hazırlanması

Evə çatdırılma

Yağış, şimşək, duman - SABAHIN HAVASI

Sosial

01 Aprel 2026 12:39 253


Aprelin 2-də gözlənilən hava proqnozu açıqlanıb.

Bu barədə "Yeni Sabah"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Toyuqlu pizza

Havanın temperaturu gecə 10-12° isti, gündüz 14-18° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 8-12° isti, gündüz 20-25° isti, dağlarda gecə 2-7° isti, gündüz 12-17° isti olacaq.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!