Hava şəraiti dəyişir - Xəbərdarlıq

saytların hazırlanması

Evə çatdırılma

Hava şəraiti dəyişir - Xəbərdarlıq

Sosial

13 Mart 2019 19:11 809


Nazirlik hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Yen Sabah”a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında  martın 14-dən 15-i səhərədək şimal-qərb küləyinin sürətinin 15-20 m/s olacağı, arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir. Havanın temperaturu ötən günlə müqayisədə 5-8 dərəcə aşağı enəcək.

Rayonlarda 14-ü gündüzdən 15-i gündüzədək bəzi rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyinin sürətinin arabir 15-20 m/s olacağı, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlə müqayisədə 5-8 dərəcə aşağı enəcək. Marqarita pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!