Hava şəraiti ilə bağlı son vəziyyət AÇIQLANDI - Qar, yağış, duman...

saytların hazırlanması

Evə çatdırılma

Hava şəraiti ilə bağlı son vəziyyət AÇIQLANDI - Qar, yağış, duman...

Sosial

24 Mart 2025 10:53 280


Milli Hidrometeorologiya Xidmətinin martın 24-ü saat 10:00-a olan məlumatına əsasən, ölkə ərazisinin bəzi yerlərində fasilələrlə yağıntılı hava şəraiti davam edir.

Xidmətdən Yenisabah.az-a verilən məlumata görə, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 8, Lerikdə 4, Oğuz və Qəbələdə 3, Şəkidə 2, Şabran, Xaçmaz, Şahbuz, Daşkəsən, Balakən, Yevlax, Neftçala, Biləsuvar və Yardımlıda 1 mm-dir.

Dağlıq ərazilərə isə qar yağıb, yağan qarın hündürlüyü Zaqatalada (Əlibəy) 24, Qusarda (Laza) 14, Qubada 12, Qaxda (Sarıbaş) 10, Şahdağda 8, Altıağac və Qobustanda 4, Xınalıqda 2, Xaltanda 1 sm-dir. pizza

Martın 23-də saat 21:30-21:37 radələrində Ağsu rayonuna diametri 6 mm olan dolu düşüb.

Şamaxı, Qobustan, Şəki, Quba, Qusar, Qrız, Yevlax, Beyləqan, Lerik və Xaltanda duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5, Aran rayonlarında 4 dərəcəyədək isti, Naxçıvan MR-da 4, dağlıq rayonlarda isə 11 dərəcəyədək şaxta qeydə alınıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!