Həbib Nurməhəmmədov MMA-dan getdi

saytların hazırlanması

Evə çatdırılma

Həbib Nurməhəmmədov MMA-dan getdi

İdman

08 Yanvar 2023 06:24 818


Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə keçmiş çempionu rusiyalı Həbib Nurməhəmmədov MMA-dan (Qarışıq Döyüş Növləri) gedib.

Bu barədə Nurməhəmmədova yaxın üç mənbə məlumat verib.

“Həbib MMA sənayesini tərk edib. O, artıq məşq keçməyəcək, təlim-məşq toplanışında komanda ilə birlikdə olmayacaq. Bu, ailəsi ilə daha çox vaxt keçirmək üçün edilir”, - mənbə bildirib. Dördpendirli pizza

Qeyd edək ki, 34 yaşlı Nurməhəmmədov 2020-ci ilin oktyabrında UFC-dən ayrılıb. Ümumilikdə, qarışıq döyüş növləri üzrə onun 29 qələbəsi var, heç bir məğlubiyyəti yoxdur.

Final döyüşündə H. Nurməhəmmədov ikinci raundda amerikalı Castin Getjini boğaraq məğlub edib və döyüşdən sonra karyerasını başa vurduğunu açıqlayıb. O, qərarını anasına verdiyi sözlə izah edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!