Həbs olunduğu deyilən “Sepah” genralı üzə çıxdı - Foto

saytların hazırlanması

Evə çatdırılma

Həbs olunduğu deyilən “Sepah” genralı üzə çıxdı - Foto

Dünya

15 Oktyabr 2024 10:18 578


Bir neçə həftədir haqqında "ölüb", "həbs olunub", "istintaqda insult keçirib" deyilən "Sepah" generalı İsmayıl Qaani ictimaiyyət arasında görünüb.

Yenisabah.az xəbər verir ki, o, Tehranın Mehrabad hava limanında dövlət televiziyasının (IRIB) müxbiri ilə foto çəkdirib.

Qaani hava limanında Beyrutda öldürülən İnqilab Keşikçilərinin briqada generalı Abbas Nilforuşanın cənazəsinin qarşılanması mərasimində iştirak edib. Toyuqlu pizza

İran İslam İnqilabı Keşikçiləri Korpusu "Qüds" Qüvvələrinin komandanından başqa mərasimdə bəzi hərbi və rəsmilər iştirak edib.

Xatırladaq ki, son həftələrdə İsmayıl Qaaninin taleyi barədə müxtəlif iddialar və ehtimallar irəli sürülürdü.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!