Həbsdə olan keçmiş başçının cəzası azaldıldı

saytların hazırlanması

Evə çatdırılma

Həbsdə olan keçmiş başçının cəzası azaldıldı

Kriminal

08 İyun 2022 13:13 1189


Ali Məhkəmədə Yevlax rayon icra hakimiyyətinin həbsdə olan sabiq başçısı Qoca Səmədov barəsində olan apellyasiya məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə baxılıb.

Yenisabah.az-ın məlumatına görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, sabiq icra başçısına Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə verilmiş ittiham ləğv olunub. Bununla bağlı Qoca Səmədovun cəzası 3 ay azaldıraraq 5 il 9 aya endirilib. Marqarita pizza

Xatırladaq ki, Qoca Səmədov 2019-cu ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyatla saxlanılıb.

O, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə saxtakarlığı, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə təqsirli bilinərək Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 3 ay azadlıqdan məhrum edilib.

Sonradan Şəki Apellyasiya Məhkəməsi sabiq icra başçısının səhhətini nəzərə alaraq həbs müddətini 6 ilə endirib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!