Həbsdə olan oğluna narkotik ötürmək istəyən ata tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Həbsdə olan oğluna narkotik ötürmək istəyən ata tutuldu

Kriminal

06 Dekabr 2021 14:14 637


Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı İstintaq təcridxanasına narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb. 

Xidmətdən Yenisabah.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 4 il 11 ay 27 gün müddətinə azadlıqdan məhrum edilmiş məhkum Naib Namiq oğlu Əliyevə atası Gəncə şəhər sakini Namiq Firuddin oğlu Əliyev tərəfindən gətirilən sovqata baxış keçirilib.

Yoxlama zamanı orada olan ayaqabının içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülüdə ümumi çəkisi 1,935 qram olan narkotik vasitə heroin aşkar edilib. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!