Həbsdə olan sabiq icra başçısının vəziyyəti ağırdır

saytların hazırlanması

Evə çatdırılma

Həbsdə olan sabiq icra başçısının vəziyyəti ağırdır

Hadisə

09 Oktyabr 2021 17:00 972


“Biləsuvar Rayon İcra Hakimiyyətinin koronavirusa yoluxan və həbsdə olan sabiq başçısı Mahir Quliyevin vəziyyəti stabil ağır olaraq qalır”. 

Yenisabah.az xəbər verir ki, bununla bağlı Oxu.Az-a açıqlamasında onun vəkili məlumat verib.

Onun sözlərinə görə, M.Quliyevin səhhətində heç bir dəyişiklik yoxdur.  pizza mizza

Xatırladaq ki, M.Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin 2020-ci il aprelin 29-da həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

O, Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilərək ittiham elan edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!