Həbsdən çıxan Vidadi Zeynalovun səhhətində problem yaranıb

saytların hazırlanması

Evə çatdırılma

Həbsdən çıxan Vidadi Zeynalovun səhhətində problem yaranıb

Sosial

16 Mart 2019 19:36 1160


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin  keçmiş aparat rəhbəri Vidadi Zeynalovun azadlığa çıxması ilə bağlı məlumat vermişdik.

“Yeni Sabah” xəbər verir ki, bizimyol.info azadlığa çıxan Vidadi Zeynalovla əlaqə saxlayıb. Telefonuna qardaşı Vahid Zeynalov cavab verib. O, hazırda qardaşının azadlıqda olduğunu, buna çox sevindiklərini, hazırda bütün qohum- əqrabalarının onlarda olduğunu, Vidadi Zeynalovla görüşdüklərini bildirib.

"Vidadi hazırda bizdə olan bütün qohum-əqrabalarla görüşür. Allah bütün həbsdə olanların qapısını açsın. Sabunçu Rayon Məhkəməsinin qərarı ilə şərti olaraq azadlığa buraxılıb. Cəza müddətinin bitməsinə 7 ay qalmışdı". pizza mizza

Vidadi Zeynalovun cəzadan tamamilə azad olunması üçün məhkəməyə müraciət olunub-olunmayacağı haqda suala Vahid Zeynalov belə cavab verib: "Bundan sonra da məhkəməyə müraciət etmək fikrimiz yoxdur".

"Vidadi Zeynalovun səhhətində problemlərin olduğu bildirilmişdi, hazırda onun səhhəti necədir?" sualımızı o, belə cavablandırıb: "Səhhəti belədir ki, Vidadi müəllim tutulmamışdan qabaq dizindən və onurğasından əməliyyat olunmuşdu. O problemlər bir az da dərinləşib. Səhhəti yaxşı deyil. İnşallah həkim müayinələrindən keçirəcəyik"

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!