Bakı Ağır Cinayətlər Məhkəməsində qonşusunu bıçaqlayan 1993-cü il təvəllüdlü Rahib Səmədova (soyadlar şərtidir) hökm oxunub.
“Yeni Sabah” xəbər verir ki, o, Cinayət Məcəlləsinin 126.2.4 (Qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3 ( Xuliqanlıq) maddələri ilə təqsirli bilinib.
Araşdırmalar zamanı məlum olub ki, hadisə 2021-ci ilin 13 fevralında Xəzər rayonunda baş verib. Marqarita pizza
Belə ki, Rahib həyətindəki ağacları budayıb və daha sonra yerə tökülən çöpləri yığması üçün yük maşını çağırıb. Bu zaman maşını ilə həyətə daxil olmaq istəyən qonşusu Şahəddin Nuriyev bundan şikayətlənməyə başlayıb və kimin etdiyini soruşub. Rahib də zibilləri tökdüyünü etiraf edib artıq yük maşını çağırdığını və zibilləri aparıb atacağını deyib. Şahəddin deyinməyə davam edib və aralarında mübahisə yaranıb. Mübahisə zamanı Şahəddin arxa cibindən ağacları budamaq üçün istifadə etdiyi bıçağı çıxardaraq Şahəddini bıçaqlayıb.
Rahib əvvəllər məhkum olub və hadisə baş verən gündən 3 ay öncə azadlığa çıxıb.
Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Rahib Səmədov ifadəsində bildirib ki, Şahəddin əvvəllər də onunla mübahisə edib və 3-4 nəfər toplayaraq onun üzərinə gəlib. Həmçinin qeyd edib ki, onu öldürmək niyyəti olmayıb.
Zərərçəkmiş şəxs qismində dindirilən Şahəddin Nuriyev ifadəsində onu xəstəxanaya Rahibin qardaşının apardığını deyib və Rahibə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib.
Rahib Səmədova Məhkəmənin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Nəzrin Cavadzadə
Telegram kanalımız