Həbsxana ilə bağlı dəhşətli TƏFƏRRÜATLAR: Məhbuslara işgəncə verib, üstlərinə...   - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Həbsxana ilə bağlı dəhşətli TƏFƏRRÜATLAR: Məhbuslara işgəncə verib, üstlərinə... - Fotolar

Hadisə

11 Noyabr 2021 16:50 1618


Rusiyada yerləşən Saratov həbsxanasında məhbusların mütəmadi olaraq zorakılığa məruz qaldıqları ilə bağlı yeni detallar ortaya çıxıb.

Yenisabah.az xarici mediaya istinadla xəbər verir ki, keçmiş məhbus gizli çəkilişin yer aldığı 40 giqabaytlıq videokartı “gulagu-net” saytına aparması nəticəsində, videolar ictimailəşdirilərək ölkədə böyük səs-küyə səbəb olub. 

Sergey Savelyevin həbsxanadan çıxardığı görüntülər qalmaqalın yeni detallarını da üzə çıxarıb. Dominos pizza

Qan donduran videoda otağa gətirilən məhbusların müxtəlif əşyalarla zorakılığa məruz qaldıqları, hətta üstlərinə sidik və nəcis tökmək kimi işğəncə gördükləri də əks edilib.

Verilən məlumata görə, rəhbərliyin də məlumatlı olması ilə bu işğəncələr 10 ilə yaxın davam edib.

Mətbuata sızan yeni görüntülərə görə, məhbuslara işgəncə vermək üçün həbsxanada xüsusi işgəncə otaqları yaradılıb. Məhkumlar bu otaqlara gətirilərək yalançı ifadələr verməyə məcbur edilib və bütün bu anlar lentə alınıb.

Görüntülər yayılandan sonra “gulagu-net” saytına giriş bağlanıb. Saytın yaradıcısı Vladimir Oseçkin Fransada gizlənir.

Qalmaqalla bağlı 38 yüksək vəzifəli məmur ifadə verdikdən sonra istintaq başladılıb və bir neçə həbsxana işçisi işdən çıxarılıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!