Həbsxanada Röya üçün mahnı bəstələdilər   - “Cəsarətin varsa...“

saytların hazırlanması

Evə çatdırılma

Həbsxanada Röya üçün mahnı bəstələdilər - “Cəsarətin varsa...“

Şou

09 Noyabr 2021 14:23 7583


Sabiq millət vəkili Hüseyn Abdullayevin dayısı oğlu Tural Bayraməliyev Xalq artisti Röya Ayxan üçün mahnı bəstələyib.

Yenisabah.az xəbər verir ki, bu barədə jurnalist Anar Məmmədov sosial şəbəkələrdə məlumat paylaşılıb:

“Tural  həbsxanadan zəng etmişdi. Söhbət zamanı dedi ki, tanınmış müğənnilərdən Röya, Brilliant Dadaşova, Ayan, Sevinc-Sevil bacıları, Damla, Gülyaz və Gülyanaq bacıları onun mahnılarını oxuyub. Soruşdum ki, bəs niyə həbsxnada mahnı bəstələmirsən, axı ən gözəl mahnılarını orada yaza bilərsən? pizza sifarişi

Dedi ki, Röya üçün sözləri və musiqisi özünə aid olan ''İnsafın olsun'' mahnısını bəstələyib”.

A. Məmmədli paylaşımının sonunda qeyd edib:

“Röya, cəsarətin varsa get mahnını götür. Narahat olma, mənə söz verib ki, səndən pul almayacaq. Həyatı həbsxanada çürüyür, heç olmasa mahnısına nəfəs ver. İnsafın olsun...” 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!