Həbsxanaya narkotik keçirilməsinin qarşısı alındı

saytların hazırlanması

Evə çatdırılma

Həbsxanaya narkotik keçirilməsinin qarşısı alındı

Kriminal

12 Fevral 2022 14:28 749


Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətdən Yenisabah.az-a verilən xəbərə görə, Cinayət Məcəlləsinin 127.2.1; 228.1 və 66.2-ci maddələri ilə təqsirli bilinərək 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Novruz Qədir oğlu Orduxanlıya qonşusu Abşeron rayon sakini İlqar Şamil oğlu Məmmədov tərəfindən gətirilmiş sovqata baxış keçirilib.

Yoxlama zamanı orada olan gödəkçənin qollarının astar hissəsinə xüsusi üsulla tikilmiş 3 ədəd parçaya hopdurularaq gizlədilmiş ümumi çəkisi 1,486 qram olan narkotik vasitə heroin aşkar edilib. Dominos pizza

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!