“Heç vaxt toy qiymətim olmayıb, kim nə veribsə...” - Elnarə

saytların hazırlanması

Evə çatdırılma

“Heç vaxt toy qiymətim olmayıb, kim nə veribsə...” - Elnarə

Şou

06 Yanvar 2022 10:30 924


"Mənim heç vaxt toy qiymətim olmayıb, kim nə veribsə, ona qane olmuşam. Toy qiymətlərimi qaldırmamışam ki, indi də endirəm".

Yenisabah.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında əməkdar artist Elnarə Abdullayeva Rusiyada toy qiymətlərindən danışarkən deyib.

Sənətçi həmişə Rusiyaya toy məclislərinə dəvət aldığını deyib: Dominos pizza

"Toyum olmasa, çıxıb gələcəyəm. Azərbaycandan da toya dəvətlər alıram. Başımızı aşağı salıb gedirik. Mən dərə-təpə ilə yox, qatarla gedirəm. Harada dayanacaqsa, dayansın. Rusiyada çox yüksək səviyyədə konsert proqramlarım keçir. Hazırda müxtəlif şəhərlərdə görüşlərimiz də davam edir. Yanvar ayında Rusiyada böyük konsert proqramım nəzərdə tutulmayıb".

Elnarə Abdullayeva Bakı tamaşaçılarını da yaddan çıxartmadığını deyir:

"Bakıda 3 günlük konsert proqramlarım olub. İndi pandemiya olduğundan belə konsertlərim təxirə düşüb. Vəziyyət tamam düzəlsin, pandemiya bitsin, sonra bu barədə qərar verəcəyəm".

Rusiyada bahalaşma ilə bağlı vəziyyət necədir sualına xanəndənin cavabı belə oldu:

"Bahalaşmadan məlumatsızam. Çünki bazara-dükana getmirəm, heç nəyin qiymətini bilmirəm".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!