Həftəsonu ilin ilk Günəş tutulması olacaq

saytların hazırlanması

Evə çatdırılma

Həftəsonu ilin ilk Günəş tutulması olacaq

Sosial

18 İyun 2020 15:59 848


Bu ilin ilk Günəş tutulması hadisəsi iyunun 21-nə təsadüf edəcək.

Yenisabah.az xəbər verir ki, tutulma Bakı vaxtı ilə saat 07:46 radələrində başlayacaq, saat 13:34-də sona çatacaq. 

Tutulmanın maksimum həddi 10:41-də olacaq. Bu təbiət hadisəsi təxminən 5 saat 48 dəqiqə davam edəcək. Pepperoni pizza

Günəş tutulması Afrika, Cənub-Şərqi Avropa və Asiyada müşahidə ediləcək. Prosesin halqavarı fazasını isə Mərkəzi Afrika Respublikası, Konqo və Efiopiya da daxil olmaqla, Afrikanın bir hissəsi, Pakistanın cənubu, Hindistanın şimalı və Çindən müşahidə etmək mümkün olacaq. Bu ölkələrin sakinləri tutulmanın maksimum fazasında tutulma ətrafında xarakterik yanar halqa görəcəklər.

Qeyd edək ki, Azərbaycan ərazisində Günəş tutulması qismən müşahidə olunacaq. Tutulma ölkə ərazisi üçün saat 08:47-də başlayıb, saat 11:05-dək davam edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!